Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun İsmayılova idman zalında fotokameramıza tuş gəlib.
Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, 49 kiloqram çəkisi olan Aysun bədən quruluşunu formaya salmaq üçün idmanla məşğul olmağa başlayıb. Bir həftədir məşq edən A.İsmayılova çəkisinin artdığını deyib:
“İdmana yeni başlamışam. Hələ ki, gözlədiyim formanı almamışam. Müəllimim Tural Ağayev söz verib ki, qısa vaxtda istədiyimə nail olacam. Məşqlərə yenicə başlamağıma baxmayaraq, bədən quruluşumdakı dəyişikliyi hiss edirəm və məmnunam. İnanıram ki, zamanla arzuladığım kimi olacam. Bura gələndə 49 kilo idim. İndi 52 kq olmuşam”.