Müğənni Rəqsanə İsmayılova vətənə dönər-dönməz yenilikləri ilə gündəmə gəldi.
Oxu.Az xəbər verir ki, müğənni tanınmış prodüserlə işbirliyinə başlayıb. Belə ki, Rəqsanə bundan sonra prodüser Anar Mədətovla çalışacaq.
O, Anarla birlikdə fotolarını İnstagram səhifəsində paylaşaraq “Mənim yeni prodüserim Anar Mədətov” sözlərini yazıb.
Xatırladaq ki, Anar Mədətov bir müddət əvvəl 6 ildir çalışdığı müğənni Elton Hüseynəliyevlə işbirliyinə son qoymuşdu.
Aytən Sadıqzadə
www.oxu.az