Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rəşid Mahmudov estetik etdirənləri QINADI: "30 yaşdan aşağıların ağlı yoxdur"
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın qonağı tibb elmləri namizədi Rəşid Mahmudov olub.
Homoseksuallıqdan söz açan Rəşid Mahmudov bildirib ki, kişilərin özlərini qadın kimi aparması xəstəlikdir:
"Qadınlarda və kişilərdə estrogen və testosteron hormonları ifraz olunur. Bunlar həm qadınlarda, həm də kişilərdə mövcuddur. Qadınlarda estrogen çox, testosteron isə azdır. Lakin kişilərdə estrogen az, testosteron çoxdur. Kişilərin cinsi orqanında testosteronla yanaşı, estradiol da ifraz olunur. O, çoxalmağa başlayanda kişilər özlərini qadın kimi aparırlar. Bu isə xəstəlikdir. Ancaq həmin hormonun səviyyəsini aşağı salmaq mümkündür".
Plastik əməliyyat etdirənləri qınayan Rəşid Mahmudov bunun artma səbəbini insanların savadsızlığı ilə əlaqələndirib:
"Onların çoxu formaya aldanırlar. Amma burunun yekə, qarının balaca olması gözəllik əlaməti deyil. Plastik əməliyyat ağılsızlığın göstəricisidir. Ora-buranızı kəsdirməyin, bu, normal hal deyil. Siz Allahdan ağıllı deyilsiniz".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Daun sindromlu cütlükdən qeyri-adi evlilik TƏKLİFİ
- AZAL təyyarəsinin qəzasında ölən yeniyetmənin anası: "Məhəmmədəlinin arzusu həyata keçdi"
- ABŞ yeni müharibəyə hazırlaşır? - Xəbərlərin 20:00 buraxılışı
- Söküntü zamanı yaranan problemlərin səbəbkarı kimlərdir?
- Bakı sakinləri nikah müqaviləsi barədə nə düşünürlər?