Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Riçard Gir rəsmən boşandı](https://images.oxu.az/2016/10/20/12/54/46/540/photoshot_set_three00104:1200.jpg)
Riçard Gir rəsmən boşandı
Hollivudun yaraşıqlı aktyoru uzun müddətdir ki, həyat yoldaşı ilə bir yerdə yaşamır (onun sevgilsi var), amma rəsmi olaraq keçən çərşənbə günü boşanıb. Riçard Gir və Keri Louellin dörd il davam edən boşanma prossesi, nəhayət ki, sona çatıb. Amma razılıq detalları gizli saxlanılır və məxfilik haqqında qanununla qorunur.
Oxu.Az bu barədə xarici KİV-ə istinadla məlumat verir.
Xatırladaq ki, Gir və Louell 1995-ci ildə görüşməyə başlayıblar, 2002-ci ildə isə ailə həyatı qurublar. Onların boşanmaq qərarına gəldikləri 2013-cü ildə məlum olub.
Övladları Homer Ceyms Ciqminin himayədarlığına dair məsələ tez həll olsa da, 45 milyonluq əmlakın bölünməsi uzun zaman tələb etdi.
A.S.
www.oxu.az
Rəylər