Rihanna “ELLE” və “Esquire” dərgilərinin yeni sayına yarıçılpaq pozalar verib.
Oxu.Az xəbər verir ki, dünya ulduzu müsahibəsində ən böyük qorxusunun uşaq doğmaq və bədən quruluşunun dəyişilməsi olduğunu söyləyib.
Bir-birindən çılğın pozalar verən 26 yaşlı Rihanna “Kişinin mənə əmr etməsi, nə edəcəyimi söyləməsi çox seksualdır” deyib.
6 aylıq fasilədən sonra İnstaqram-a geri dönməyilə heyranlarını sevindirən müğənninin ən çox əsəbiləşdiyi məqam onun utancaq olduğunun zənn edilməsidir.
Qeyd edək ki, müğənni 2011-ci ildə həmin dərgi tərəfindən “İlin ən seksual qadını” seçilib.
“Həyat fəlsəfəm sevişmək və pul qazanmaqdır” deyən Rihannanın yeni fotosessiyasını təqdim edirik.
Aytən Sadıqzadə