RiRinin pərəstişkarları müğənninin yeni ifasından məmnundurlar. O, 5 ildən sonra ilk dəfə “Super Bowl” (Amerika futbolu üzrə Milli Futbol Liqasının çempionu adı uğrundakı final oyun) matçının fasiləsində səhnəyə çıxıb və qarşılaşmanın özünü arxa plana keçirib.
Əvvəlki illərdə bu səhnədə Beyonse, Cennifer Lopez, Şakira, Castin Timberleyk kimi məşhurlar çıxış ediblər.
“Super Bowl”da çıxış hər bir musiqiçi üçün əsl xəyal sayılır. Ona görə də təşkilatçılar müğənnilərə ifaları üçün heç bir qonorar ödəmirlər. Builki “Super Bowl” finalını 200 milyon insan izləyib. Mahnılardan birini ifa edərkən Rihanna qırmızı kombinezonunun düymələrini açıb və ikinci hamiləliyini bütün dünyaya bəyan edib.
Yeri gəlmişkən, cəmi 9 ay əvvəl ulduzun reper A$AP Rocky-dən oğlu dünyaya gəlib.
Mənbə: woman.ru
Rəylər