“Anti” adlı yeni albomunu bir neçə gün əvvəl təqdim edən dünyaca məşhur müğənni Rihannanın başı bir müddətdir onu addım-addım izləyən pərəstişkarıyla dərddədir.
Oxu.Az xarici KİV-ə istinadla xəbər veri ki, ötən il “Twitter”də Ralph Alexander və Alec Mercer adları ilə 27 yaşlı ulduzu ölümlə təhdid edən “pərəstişkarı” bu dəfə ifaçının Los-Ancelesdəki evinin qarşısında “selfie” çəkərək “Evinin önündəyəm” şərhini paylaşıb.

Həmin şəxs bir neçə ay əvvəl Rihannaya “Səni öldürdükdən sonra özümü daha yaxşı hiss edəcəyəm. Silahdan istifadə edəcəyəm, artıq lisenziyamı da almaq üzrəyəm” deyə şərh göndərmişdi.
Məşhur ulduzun evinin qarşısında çəkilən şəkildən sonra araşdırma aparan polis, Rihannanı narahat edən manyakı yaxalayıb və onu müalicə alması üçün psixiatriya klinikalarından birinə gətirib.

Məşhur ulduzun yaxınları Rihannanın bu səbəbdən həyatını qorxu içərisində yaşadığını təsdiqləyib.
Aytən Sadıqzadə
www.oxu.az