Müğənni Röya Ayxan Türkiyənin Hürriyət onlayn qəzetinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı uduz məşhur türkiyəli müğənni-bəstəkar Gülşənlə işbirliyindən və illər əvvəl etdiyi aktrisalıq fəaliyyətindən də danışıb.
O, “İllər əvvəl bir filmdə rol almışdım. Sevgilisindən ayrıldıqdan sonra İstanbula qaçan bir qadını canlandırmışdım. O, ilk və son rolumdur. İstanbul taleyimdə var. Daha aktrisalıq etmərəm. Çox çətindir. “Necə olursan ol ağla, necə olursan ol gül” deyirlər. Olmadığım kimi olmaq mənlik deyil. Kliplərdə 16 saat ağladığım vaxt olur” deyə, müsahibəsində bildirib.
İfaçının müsahibəsini daha ətraflı aşağıdakı linkdən oxuya bilərsiniz:
http://www.hurriyet.com.tr/roya-ayhan-asi-biriyim-ama-aska-zarar-vermem-40032529