Müğənni Röya Ayxan “Bakı-2015” adlı mahnısına klip çəkdirib.
Oxu.Az xəbər verir ki, Avropa Oyunlarına həsr olunan klipin rejissoru Etibar Babayevdir. Mahnının sözləri və musiqisi Muxtar Abseynova məxsusdur. Klipdə azərbaycanlı idmançılar – basketbolçu Amil Həmzəyev, voleybolçu Ceyran Əliyeva, atlet Nazim Babayev və oxatan Suğra Müqabilzadə ilə yanaşı müğənnin pərəstişkarları da yer alıb. Çəkilişlər Dağüstü parkda aparılıb.
Aytən Sadıqzadə
www.oxu.az