Röya Ayxan və Samir Cavadzadə sevənlərinə yaxın günlərdə yeni duet təqdim edəcəklər.
Oxu.Az “Muz TV”-yə istinadən xəbər verir ki, duet şəklində ifa olunacaq yeni mahnının musiqisi Pərviz Mahmudova aiddir.
Samir sözügedən duet barədə məlumat verib:
“Hazır olun, artıq yeni duetimiz gəlir. Mən Türkiyədə olanda Röya telefonla mahnının demo versiyasını mənə göndərdi və bəyənib-bəyənmədiyimi soruşdu. Mahnıya qulaq asdım və doğrudan da çox xoşuma gəldi”.
Röya Ayxan Samirlə növbəti duetin də uğurlu alınacağına inanir:
“Samir mənim canımdır, bunu hamı bilir. Nə olursa olsun, mənim üçün o, hər şeydir, qardaşımdır. Bəlkə də bizi ailələr birləşdirir. Çünki uşaqlıqdan birlikdə olmuşuq”.
Aytən Sadıqzadə
www.oxu.az