Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən daha 3 nəfər yaxalanıb.
Oxu.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Masallı rayon sakini Cəvahir Məmmədova və Bakı şəhər sakini Samirə Kazımova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıblar.
Digər Bakı sakini Samirə Xaliqbəyovanın isə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.