Müğənni Röya Ayxan burun əməliyyatı etdirib.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi bu haqda İnstaqram səhifəsində yazıb. O, burnu sarıqlı halda şəklini paylaşaraq bunları bildirib:
“Yeni burnumla sizi salamlayıram. Amma bilirəm, siz yenə də nəsə tapıb deyəcəksiniz. Düzələn deyilsiniz, qadanız alım”.
