1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov bu gün Binəqədidə yerləşən qəbiristanlıqda dəfn ediliblər.
Oxu.Az Azadxeber.net-ə istinadən xəbər verir ki, dəfndə nişanlı cütlüyün yaxınları iştirak edib. Dünyasını dəyişənlərin qəbirləri yan-yana qazılıb.
Yas mərasimi zamanı diqqət çəkən məqamlardan biri isə dəfndən sonra qəbirlərin üzərinə xonçaların qoyulması olub. Görünür, cavanların ailələri belə bir ürək dağlayan addımı, cütlüyün nişanlı olmasına və arzularına çatmadıqlarına görə ediblər.
E.Ə.
www.oxu.az