Müğənni Röya ATV telekanalında yayımlanan “Gündəlik” verilişinin canlı efirində qonaq olub.
Oxu.Az azxeber.com-a istinadla xəbər verir ki, müğənni açıq-saçıq geyimi və qalmaqallı açıqlamaları ilə diqqət çəkib.
Aparıcı Mətanətin “mən avtomobilimi çox səliqəli idarə edirəm, hətta kəməri də bağlayıram” sözünə Röya qeyri-adi cavab verib:
“Yox, mən kəməri heç vaxt bağlamıram. İstəyirlər bu dəqiqə maşınımı aparsınlar “ştrafnoy”a. Məni öldürsələr də, kəmər taxmaram, ürəyim sıxılır”.
Aparıcı isə “Röya, sənin ürəyin hardadı ki?” sualına müğənni “harada hissiyyat yeri varsa, mənim ürəyim ordadır” cavabını verib.
Həmin görüntüləri təqdim edirik: