Rusiyalı müğənni İrina Dubtsovanın Bakı konserti baş tutub.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən gecədə ifaçı sevilən mahnılarını səsləndirib. Təəssüratlarını bölüşən İrina möhtəşəm gün üçün hər kəsə təşəkkür edib:
“Uzun müddətdir gözlədiyim Bakı, təşəkkürlər. Gözəl gecə idi. Ad günü ərəfəsində müsbət enerji aldım”.
Qeyd edək ki, fevralın 14-də İ.Dubtsovanın ad günüdür. Sənətçi xoş gününü Bakıda gecə klublarının birində keçirib.