Fevralın 16-dan 20-dək Türkiyənin Ankara şəhərində “Strateji Təhlil” mövzusunda kurs, fevralın 17-dən 19-dək Yunanıstanın Saloniki şəhərində “NATO təlimlərinin sinxronlaşdırılması” mövzusunda konfrans keçiriləcək.
Oxu.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.