Rusiyalı müğənni, şairə, bəstəkar İrina Dubtsova ilk dəfə Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, məşhur xanım "10 лет на уровне сердца" ("Ürək səviyyəsində 10 il") adlı konsert proqramı ilə çıxış edəcək.
Müğənninin yubiley turu çərçivəsində verəcəyi konsert yanvarın 30-da Heydər Əliyev Sarayında keçiriləcək.
Biletlərin qiyməti 20-100 manat arasında dəyişir.
Aytən Sadıqzadə
www.oxu.az