Müğənni Röya Ayxan yaşadığı maraqlı sevgi etrafından söz açıb.
Oxu.Az-ın məlumatına görə, fanatı Röyanı sevməyinin 32 səbəbini kağızlara yazaraq, ona hədiyyə göndərib.
Həmin fotonu İnstaqramda paylaşan müğənni bunları yazıb:
“Maraqlı hədiyyələrim çox olur. Amma bu onlardan daha maraqlı gəldi. Çünki məni sevməyinin 32 səbəbini yazmışdı. İndi vaxt tapıb, açıb oxumaq istədim. Amma yapışqan kağızdır, açsam cırılacaq. Deyirəm qocalana kimi qalsın, bəlkə kağız xarab olub özü açıla. Mən də sevilməyimin 32 səbəbini ölənə yaxın bilib, rahat gedərəm”.

Aytən Sadıqzadə