Müğənni Röya Ayxan türkiyəli aranjimançı Ozan Çolakoğlu ilə fotokamera qarşısına keçib.
Oxu.Az xəbər verir ki, Röyanın bir neçə gün öncə işıq üzü görən “Kesin bilgi” mahnısının aranjimançısı Ozan Çolakoğludur. Bəstənin söz və musiqisi isə Türkiyənin məşhur pop ifaçısı Gülşənə məxsusdur.
Qeyd edək ki, məşhurların fotosessiyası Türkiyə mediasında işıqlandırılıb.