Prodüser Sultan Mustafayev Röyanın türk məşhurlarla ərsəyə gətirdiyi yeni “Kesin bilgi” mahnısı və klipinin 160 minə başa gəldiyini deyib.
Oxu.Az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat verib:
“Sən demə hamımızın sevdiyi və bəyəndiyi Röyanın “Kesin bilgi”sinin qiyməti çox baha imiş. Mahnının söz və musiqisinin müəllifi bəstəkar-müğənni Gülşənə 100 min dollar ödənilib. Ozan Çolakoğlu isə 25 min avroya aranjeman edib. Klip isə 35 min dollara çəkilib. Bu dəqiq məlumatdır. Uğurlar, mənim dəyərli ifaçım. Sən yeksən, belə də davam elə”.
