Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Roza: Aygün Snup Doqun qucağında oturanda pornoqrafiya deyildi? - VİDEO
“Qəmli nağılı” adlanan klipi ilə yenidən gündəmə gələn Roza Zərgərli klipinin tamaşaçılar tərəfindən sevildiyini və fanatlarının qısqanclıq krizindən qurtulduğunu vurğulayıb.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, ifaçı Muz TV-yə açıqlamasında ekran əsərini erotik klip adlandıranları qınayıb. Zərgərli klipdə heç bir açıq-saçıq səhnənin yer almadığını və deyilən fikirlərin tamamilə əsassız olduğunu deyib.
O, bu dəfə həmkarlarına da söz atıb. İfaçı bəzi ulduzların kliplərini pornoqrafiya adlandırıb:
“Əgər mənim klipim erotikdirsə, o zaman bəzi müğənnilərimizin klipi pornoqrafiyadır. Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil? Sadəcə mənim adımı hər yerdə çox hallandırmağı xoşlayırlar”.
