Müğənni Roza Zərgərli küsülü olduğu meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı qalmaqallı açıqlama verib.
Axşam.az xəbər verir ki, sənətçi “Xəzər” TV-də yayımlanan “X Maqazin” verilişində ona ünvanlanan sənətçi adlarına münasibət bildirib.
Namiqin adı çəkiləndə isə Roza “Xaraktersizdir... Onun haqqında bu fikirdəyəm. Sözünün üstündə dayanmır” cavabını verib.
Qeyd edək ki, ikili arasındakı gərginliyin səbəbi Namiqin Rozanın verilişinə gəlməyə razı olmamasıdır.