Əməkdar artist Ruhəngiz Allahverdiyeva imicini dəyişib.
Oxu.Az xəbər verir ki, görünüşündə dəyişiklik edən ifaçı yeni görkəmi ilə bir çoxlarının təəccübünə səbəb olub. Müğənni uzun saçlarını qısa kəsdirib. Yeni görkəmdə olan fotolarını sosial şəbəkədə paylaşan müğənni tənqidlərlə üzləşib və onu qınayanlara:
“Qeybət, sözbazlıq, tənqid nə sizlikdir, nə də bizlik. Siz birdən bozbaşa noxud tökməsəniz, mən sizin işinizə qarışmaram. Deməli, belə məsləhətdir” deyə, cavab verib.