Rumıniyalı “Fly Project” qrupu bu gün Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, qrup üzvləri “Opera SKY”-da saat 22.00-da sevilən hitlərini səsləndirəcəklər. Biletlərin qiyməti 30-70 AZN arasında dəyişir.
Qeyd edək ki, qrupun “Raisa” adlı birinci albomu böyük populyarlıq əldə etmişdi.
Aytən Sadıqzadə