Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov və oğlu, müğənni-bəstəkar Emin Ağalarov Moskvada “Vegas” alış-veriş mərkəzində “Forte Bello” adlı italyan restoranının açılışını ediblər.
Oxu.Az-ın ru.tv-yə istinadən məlumatına görə, baş tutan mərasimdə Jasmin, Vera Brejneva, Timur Rodriqez, Tanya Tereşina və digər tanınmış simalar da iştirak ediblər.
Açılış mərasimindən fotoları təqdim edirik.
Aytən Sadıqzadə
www.oxu.az