Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyada "gözəl dayə Vika" 53 yaşında dünyasını dəyişdi
Rusiyada məşhur aktrisa və aparıcı Anastasiya Zavorotnyuk 53 yaşında vəfat edib.
Oxu.Az-ın məlumatına görə, xəbər Anastasiya Zavorotnyukun şəxsi bloqunda yayımlanıb.
"Əziz dostlar! Bunu dərk etmək və lazımi sözləri tapmaq çox çətindir. Ötən gecə uzun və ağır xəstəlikdən sonra Nastya bizdən ayrıldı.
Hər birinizə xeyirxah arzularınıza və sağlamlığı üçün dua etdiyinizə görə minnətdarıq. Nastya həmişə dəstəyinizi hiss edirdi və çox qiymətləndirirdi", - deyə Zavorotnyukun yaxınları qeyd ediblər.
Hələlik aktrisanın vəfatı ilə bağlı başqa heç bir təfərrüat verilməyib. Ancaq ulduz uzun illər xərçəng xəstəliyi ilə mübarizə aparıb - beyin şişindən əziyyət çəkib.
Qeyd edək ki, "Mənim gözəl dayəm" sitkomunda "dayə Vika" rolu ilə tanınan aktrisa qısa həyatı dövründə onlarla filmdə oynayıb, həmçinin aparıcılıq edib.