Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.
"Report" xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar və Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.
Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.
During the official visit to Pakistan, Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun met with @MIshaqDar50, Deputy Prime Minister and Foreign Minister of the Islamic Republic of Pakistan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 30, 2024
Ministers had a comprehensive discussion on various topics and shared goals… pic.twitter.com/dEpMDarDmp
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında görüş keçirilir.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşım deyilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda Xarici İşlər Nazirliyinə gedib və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qəbul edilib.
Danışıqlar zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Foreign Minister of Azerbaijan Jeyhun Bayramov @Bayramov_Jeyhun has arrived at the Ministry of Foreign Affairs, Islamabad. He was received by Deputy Prime Minister and Foreign Minister Mohammad Ishaq Dar @MIshaqDar50. They will hold comprehensive talks on bilateral and regional… pic.twitter.com/UFFf78gDa6
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) May 30, 2024