Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyalı müğənni Byanka quldurların onu necə hədələdiklərindən danışdı
Populyar rusiyalı müğənni Byanka konsertində quldurların onu necə hədələdiklərini və pul müqabilində intim yaxınlıq təklif edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Beşinci Kanal" məlumat yayıb.
Əsl adı Tatyana Lipnitskaya olan ifaçı karyerasının əvvəlində ona pul qarşılığında intim əlaqə təklif edildiyini xatırladıb.
"Bəziləri düşünür ki, əgər mən qısa ətəkdə çıxış edirəmsə, deməli özümü bir-iki milyona sata da bilərəm, çünki bunu bəzi sənətçilər edir", - o bildirib.
Eyni zamanda, Byanka 22 yaşında ikən konsertində kriminal keçmişi olan şəxslərin onu atəş açmaqla qorxudub, masalarına dəvət etdiklərini və pulla alacaqları ilə hədələdiklərini deyib.
Belə hadisələrə görə Byanka müğənnilik karyerasından, sevgisindən və dostluqdan məyus olub.
"Böyük səhnələrdə çıxış edəcəyimi düşünürdüm, hansısa möcüzələrə, sevgiyə, möhkəm dostluğa inanırdım... Sonra hansısa axmaq gəlib hamısını gözümün qabağında şüşə kimi çilik-çilik edir", - deyə ulduz gileylənib.
Rəylər