Müğənni Bakıya ailəsi ilə birlikdə Yeni İl tətilini keçirmək üçün gəlib. Valeriya paytaxtımızı gəzərək şəkillər çəkdirib və həmin şəkilləri sosial şəbəkədəki hesabında paylaşıb.
Oxu.Az xəbər verir ki, müğənni və ailəsi Bakını çox bəyənib.
Hətta, statuslarından birində Valeriya “Bakı gecəsi. Mən mədəni şok yaşayıram. Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir”, - deyə bildirib.
Bundan başqa, o, məşhur “Brilyant əl” filminin çəkildiyi küçədə də şəkil çəkdirib.
Aytən Sadıqzadə
www.oxu.az