Rusiyanın populyar Serebero qrupu Azərbaycanda konsert verəcək.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, konsert sentyabrın 14-də, Jumeirah Bilgah Beach Hotel-də yerləşən Equinox Beach Club-da baş tutacaq. Konserti KKM Production şirkəti təşkil edir.
Rus estrada ulduzlarının bu çıxışı yay mövsümünün bağlanışına həsr olunub.
Bakıda Serebro bütün hitləri və yeni mahnılarını ifa edəcək. Qeyd edək ki, Serebro-nun sonuncu “Malo tebya” treki hazırda Rusiyada mütləq hitdir.
Serebro-nun Bakı konsertinin biletləri aşağıdakı kimidir:
- Standart zona - 40 AZN
- VIP zona - 80 AZN / 120 AZN / 200 AZN.![]()
![]()
![]()
![]()
![]()