Rusiyanın ən seksual qadını, supermodel İrina Şeyk tanınmaz olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Şeykin Instagram-da paylaşdığı fotonun onun özünə məxsus olduğuna əvvəlcə heç kim inanmayıb.
“Sarışınlar daha çox şənlənirlər” şərhi ilə paylaşdığı foto Şeykin səhifəsinin izləyiciləri arasında çaşqınlıq yaradıb.
İzləyicilər İrina Şeykin parik taxaraq qısasaçlı sarışına çevrildiyini ehtimal edirlər.
Supermodelin bu dəyişikliyi pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. İrina Şeyki sarışın görməyə adət etməyənlər onu tezliklə əvvəlki görkəmində görməyi arzu ediblər.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin