Hər biri tanınmış, hər biri bacarıqlı, şöhrətli insanlardır. Ancaq bütün bunlardan xaric, onların bir ortaq özəlliyi daha var. Onların hər biri ölüm riski daşıyan xərçənglə mübarizə aparıblar.
Bu mübarizədə onların ən böyük dəstəkçisi yüksək əhvalları idi. Onların bu mübarizədən qalib çıxması bu xəstəliyə yoluxanlar üçün ümid işığı oldu.
Oxu.Az ailem.az-a istinadla xərçənglə mübarizə aparan məşhur simaları təqdim edir.
“Evli və uşaqlı” filmində Al Bundinin qızı rolunda oynayan Kristina Appleqateyə ötən il döş xərçəngi diaqnozu qoyulub. 36 yaşlı aktrisa erkən diaqnoz sayəsində müalicə ilə sağlamlığına yenidən qovuşub.
KeçmişTürkiyə gözəli, tanınmış xəbər aparıcısı Defne Samyeli ötən il uşaqlıq xərçənginə yoluxmuşdu. Amerikada aldığı müalicə sayəsində sağlamlığına qovuşub.
Avstraliyalı ifaçı Kayli Minoq döş xərçəngindən güclü müalicə sayəsində xilas ola bilib. “Həkimlər mənə xəstəliyimi açıqladığında səssizliyə büründüm. Amma yıxılmadım. Ailəmin də dəstəyi ilə sağlığıma qovuşdum”, - deyib.
“Grease” filminin unudulmaz aktrisası Olivia Nyuton Con 1991-ci ildə yoluxduğu döş xərçənginə qalib gəlib. 61 yaşlı aktrisa hazırda onun adını daşıyan xərçəng mərkəzi üçün bəxşiş toplayır.
Türkiyənin məşhur aktrisalarından olan Arzum Onan öncə limfa xərçəngi ilə mübarizə aparıb. Sonra tirod xərçəngi ilə qarşı-qarşıya qalan aktrisa əri aktyor Mehmet Aslantuğun dəstəyi ilə buna da qalib gəlməyi bacarıb. İkinci əməliyyatdan sonra xilas olan aktrisa “Sevgi hər şeyin dərmanıdı”, - deyib.
Məşhur türk aktrisası Vahidə Perçin xərçəngə qalib gələn məşhurlardan biridir.
Dünya şöhrətli ulduz Ancelina Coli iki dəfə döş xərçəngi əleyhinə mastektomiya (döşün kəsilməsi əməliyyatı) aldığını açıqlayaraq hamını şoka salmışdı. Onu da qeyd edək ki, Colinin anası 56 yaşında bu xəstəlikdə vəfat edib.
Maykl Duqlasa 2010-cu ildə boğaz xərçəngi diaqnozu qoyulmuşdu. Xəstəlik ən kritik nöqtəyə, dördüncü dərəcəyə qədər gəlib çıxmışdı. Xəstəliyinin səbəbi isə spirtli içki və siqaret aludəçisi olması ilə əlaqələndirilirdi. Amerikan mütəxəssislərinin köməyi, kimyaterapiya və güclü müalicə sayəsində xərçəngdən azad ola bilib.
Tanınmış biznes ledi, aparıcı Şaron Osburna 2002-ci ildə sütun xərçəngi diaqnozu qoyulmuşdu. 2003-cü ildə aldığı kimyaterapiya və müalicə sayəsində xilas ola bilib.
Məşhur Amerika aktyoru Robert De Niro 2003-cü ildə 60 yaşındaykən prostat xərçənginə yoluxub. Erkən diaqnoz sayəsində tezliklə sağala bilib.
Kanadalı aktrisa Lisa Rey 2009-cü ildə qan xərçənginə tutulub. Çox qorxunc xərçəng növü olsa da, buna qalib gələn aktrisa yenidən karyerasına qayıdıb.