Rusiyanın məşhur "Tatu" qrupunun solistləri Yuliya Volkova və Lena Katina qrup dağıldıqdan təxminən 15 il sonra kollektivin yenidən bir araya gəldiyini elan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə qrup üzvlərinin sosial şəbəkə səhifələrində məlumat yayılıb.
Müğənnilər "bir çox yeni və maraqlı şeylər" vəd ediblər.
Uzun müddət idi ki, kollektivin yenidən bir araya gəlməsi barədə söhbətlər gedirdi. Belə ki, iyunun 1-də sosial şəbəkələrdə Volkova və Katinanın birgə fotosu yayılmışdı.
Yenidən bir araya gələn "Tatu"nun növbəti konserti iyulun 19-da Krımdakı kurortda baş tutacaq.