“Ərim mənə Marsı satın alacaq” sözü ilə maqazin tarixinə keçən müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabla arasında soyuq münasibətlərinin yayılması xəbərindən sonra Zərrabın xarici ölkəyə getməsi ayrılıq dedi-qodularını yenidən gündəmə gətirib.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, ən son yayılan iddialara görə Zərrabın yüksək məbləğdə pul xərcləməsindən narahatlıq duyduğu Gündeşi tez-tez xəbərdar etməsi cütlüyün evliliyində yeni böhrana yol açıb.
Ebru Gündeşin boşanmaq istədiyi, lakin qızına görə bu addımı ata bilmədiyi kimi məlumatların mətbuatda əks olunmasından sonra R.Zərrab Dubaya gedib.
Qeyd edək ki, cütlüyün Alara adında bir qızı var.
Aytən Sadıqzadə
www.oxu.az