Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
S.Ə.S serialı "YouTube"dan niyə silindi? - Mehdi Sadiq hər şeyi DANIŞDI
"Qəlibləşmiş fikir var: bizim camaat ancaq komediyaya baxır. Bu, insanları axmaq yerinə qoymaqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Baku TV-nin "Qapqara" verilişində aktyor, ssenarist Mehdi Sadiq deyib.
O, tamaşaçının yaxşı film və seriallar təqdim edildiyi halda görülən işi təqdir edəcəyini və daha yaxşı işlər gürülməsini istəyəcəyini vurğulayıb. Ssenarist çəkdiyi ekran əsərlərinin televiziyalarda yayımlanmaması məsələsinə aydınlıq gətirərkən söyləyib:
"S.Ə.S" serialını televiziya kanallarından biri məndən istədi. Dedilər ki, onsuz da çəkmisən, ver, pulsuz yayımlayaq. Amma heç az məbləğ də olsa, təklif etmədilər. Çəkdiyimiz zəhmətə, xərclədiyimiz pula görə razı olmadıq. Həm də azadlığımızı televiziyadakı senzuraya qurban vermək istəmədik".
M.Sadiq çəkilişlər zamanı sponsorlarla yaşadığı problemlərdən bəhs edib:
"Sponsorun yanaşması belədir ki, onun istədiyi olsun. Fərqi yoxdur, məhsulu filmdə necə görünəcək. İşlədiyimiz sponsorlardan birinin məkanında çəkiliş etməli idik. İki gün qalmış zəng edib, "elə edə bilərsiniz ki, müdiriyyət də görüntülərdə olsun?" dedilər. Gör bir az böyük məbləğlər versələr, nələr tələb edərlər".
Aktyor filmi kinoteatrda izləmək marağının az olmasına da münasibət bildirib:
"Kinoteatrlarda biletlərin qiyməti çox bahadır. Tələbələrin çoxu kinoya gedə bilmir. Gedənlər də valideynlərinin imkanı yaxşı olanlardır. Kino da bir biznesdir, ondan pul qazanılmalıdır. Amma kinonu kütləviləşdirmək daha yaxşı variantdır. Bileti 8 manata deyil, 3 manata satmaq lazımdır. Belə olanda filmə baxmağa 10 min nəfər yox, 100 min nəfər gələcək".
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı"
- Ginekoloq Yeganə Əliyeva xəstədən qəbuluna gəlmədən pul tələb edir - FOTOFAKT
- Ölkəyə gətirilən portağallar təhlükə saçır - İDDİA
- Gədəbəy istiqamətində nə baş verir? - Xəbərlərin 20:00 buraxılışı
- Əfv sərəncamı hansı tarixdə imzalana bilər? - AÇIQLAMA
Rəylər