“Eurovision - 2010” təmsilçimiz Safura Əliyeva “Instagram” səhifəsində yeni ailə fotoşəkillərini paylaşıb.
Oxu.Az xəbər verir ki, ifaçı paylaşımına “27 dekabr həyat yoldaşımın ad günüdür. Mənim üçün çox özəl bir gündür” şərhini yazıb.
Qeyd edək ki, Safura Əliyeva 5 iyul 2013-cü ildə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə Bodrumda ailə həyatı qurub. 10 avqust 2014-cü ildə cütlüyün oğlu anadan olub.
A.S.
www.oxu.az