“Eurovision 2010”-da Azərbaycanı təmsil edən gənc müğənni Safura Əlizadə 2013-cü ilin yay aylarında ailə həyatı qurduqdan sonra ilk dəfə olaraq müsahibə verib. İş adamı Fərhad Əliyevlə həyatını birləşdirdikdən sonra isə ifaçı birdəfəlik səhnə həyatına son qoyub. Bundan sonra isə Safura Türkiyəyə köçüb orada yaşayır.
Oxu.Az ifaçının 1news.az-a verdiyi müsahibəsini təqdim edir:
- Safura, toydan sonra sənin həyatın necə dəyişdi?
- Hər şey əlbəttə, yaxşı tərəfə dəyişdi. Mənim üçün çox vacib olan, karyeramla bağlı və həyat üçün prioritet hesab etdiyim hər şey arxa plana keçdi. Mənim üçün ailəm və onunla bağlı hər şey ən vacib oldu. Sevilən olmaq və sevmək ən böyük xoşbəxtlikdir!
- Səhnə üçün darıxmırsan? Çoxsaylı fanatlarına nə demək istərdin?
- Sözün düzünü desəm, darıxmağa vaxtım yoxdur. Ətrafımda tez-tez məni görməyə gələn çoxlu dostlarım, qohumlarım, yaxınlarım var. Vaxt ayırıb biz də onlara gedirik və bu, mənim həyatımı daha ritmik edir. Özümlə tək qalmaq imkanı tapanda isə musiqi yazıram, bəzən rəsm çəkirəm.
- Sənin şəkillərinə baxıram və görürəm ki, sən xoşbəxtsən. Sənin üçün xoşbəxtlik nədir?
- Bəli, mən həqiqətən xoşbəxtəm. Mənim gözəl, sevimli həyat yoldaşım, məni sevən ailəm və isti ocağım var. İnanın mənə, xoşbəxt olmaq üçün ailəmin sayını çoxaltmaqdan başqa heç nə lazım deyil!