“Eurovision - 2010” təmsilçimiz Safura Əliyevanın bacısı Fidan Əlizadə tələbə adını qazanıb.
Oxu.Az-ın məlumatına görə, bu haqda Safuranın “Facebook” səhifəsində məlumat verilib. Xəbərə görə Fidan Rəssamlıq Akademiyasına qəbul olub.
Xatırladaq ki, Safura Əlizadə sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Cütlüyün bir oğlu var.