Qan xərçəngindən əziyyət çəkən və hazırda komada olan tanınmış rejissor Şahin Zəkizadənin bu gün ölüm xəbəri yayılıb.
Bununla bağlı Oxu.Az-ın əməkdaşı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının baş həkimi Adil Nuriyevlə əlaqə saxlayıb.
“Şahin Zəkizadə hazırda dərin komadadır. Xəstəliyi çox ağırdır. O, komadan bir-iki günə və yaxud aylar sonra ayıla bilər. Qabaqcadan bu haqda dəqiq məlumat vermək çətindir”, - deyə həkim yayılan xəbərləri təkzib edib.
Aytən Sadıqzadə
www.oxu.az