Bollivud ulduzu Şahruh Xan Azərabycandan olan pərəstişkarı Cəmilə Abdullayevaya virtual hədiyyə edib.
Oxu.Az xəbər verir ki, noyabrın 2-də Şahruh Xan 50 illiyini qeyd edib. Ad günü münasibətilə təbrikləri Bollivud aktyoru bütün dünyadan, o cümlədən Azərbaycandan da alıb. Yubileyi münasibəti ilə ulduzu Cəmilə Abdullayeva adlı pərəstişkarı da təbrik edib, o, Twitter-də yerləşdirdiyi təbrikdə öz kumirini kral adlandırıb.
Təbrik Ş.Xan tərəfindən diqqətdən kənar qalmayıb. Kinoaktyor öz növbəsində pərəstişkarını ad günü münasibəti ilə təbrik edib, onun ünvanına deyilən arzulara görə minnətdarlığını bildirib və C.Abdullayevaya “Dilwale” filminin treylerini “hədiyyə” edib.
 (1):640.jpg)