Keçən həftəsonu kolumbiyalı müğənni Şakira ilə Hollivud ulduzu Tom Kruzun “Formula-1” yarışında birlikdə görüntülərindən sonra onların arasında eşq yaşandığı barədə şayiələr yayılıb. Məşhur ifaçının bu deyilənlərə münasibəti öyrənilib.
Şakiraya yaxın mənbənin verdiyi məlumata görə, o, Tomla görüşməkdə maraqlı deyil.
“Tom çox nəzakətli idi və Şakira onunla ünsiyyətdən həzz alırdı, lakin hazırda onunla və ya başqası ilə görüşməkdə maraqlı deyil. Şakiranın çox işi var, hazırda diqqətini uşaqlarına və karyerasına yönəldib”, - deyə mənbə vurğulayıb.
İnsayder əlavə edib ki, müğənninin özü ilə Tom arasında romantik münasibətlər barədə rəyləri oxuyandan sonra bu şayiələri “gülməli” adlandırıb.
“O, sadəcə əyləncəli vaxt keçirdi və bununla da hər şey bitdi”, - deyə mənbə bildirib.
Mənbə: Gazeta.ru
Rəylər