Şakira həmyerlisi və həmkarı Karlos Viveslə birlikdə ifa etdiyi “La Biсicleta” (“Velosiped”) adlı mahnıya çəkilmiş klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, çəkilişlər ifaçının doğma diyarı Kolumbiyanın Barankil və Santa-Marta şəhərlərində aparılıb.
Kadrlarda Şakira özünəməxsus rəqslərini nümayiş etdirir, velosipedlə gəzir. İspan dilindən tərcümədən “La Bicicleta” sözünün mənası “velosiped” deməkdir.
Aytən Sadıqzadə
www.oxu.az