Müğənni Samir Cavadzadə evlənməyə hazırlaşır.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla xəbərinə görə, “Onlar” verilişinə açıqlamasında müğənni bildirib ki, 2015-ci ilin sonlarında toy etmək istəyir:
“İlin axırına kimi alınsa, evlənəcəm. Artıq evlənməyin, ailə, övlad sahibi olmağın vaxtıdır. Evlənəcəyim qız şou-biznesdən deyil. Bu sahədən qız alsam, evdə qırğın olar. Azərbaycanlı xanımla evlənəcəm. Nişandan sonra şəkillərimizi paylaşacam”.