2015-ci ilin may ayının 3-də Dağlıq Qarabağ ərazisində qondarma “parlament seçkiləri” keçirilib. Bu konteksdə Çexiya Respublikası bu seçkilərin keçirildiyi konstitusiya və hüquqi çərçivələri tanımır. Çexiya Respublikası hesab edir ki, belə birtərəfli addımlar qarşılıqlı etibarın möhkəmləndirilməsinə və Dağlıq Qarabağda münaqişənin həlli üçün pozitiv atmosferin yaranmasına vasitəçi olmur, Oxu.Az xəbər verir.
Çexiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmət prinsipi əsasında və beynəlxalq səviyyədə tanınmış sərhədlərində sülh yolu ilə həllinin tərəfdarıdır.
Çexiya ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini bütünlükdə dəstəkləyir, və bütün tərəfləri dinc yol ilə həll istiqamətində addım atmağa çağırır.