Stilist Samiraldo Ukrayna-Rusiya münaqişəsindən danışıb.
Oxu.Az simsar.az-a istinadən xəbər verir ki, şou-biznesin qalmaqallı siması dünyada baş verən hadisələri, siyasi məqamları analiz edib:
“Hazırda insanların diqqəti Ukrayna-Rusiya münaqişəsinə yönəlib. Məncə, Krım əvvəllər Rusiyanın olub, Ukraynaya onu hədiyyə kimi veriblər. Ukrayna Rusiyaya arxa çevirdi, o da ondan aldı”.
Samir əlavə edib ki, Azərbaycan qətiyyən bu münaqişəyə fikir verməməlidir:
“Mənə elə gəlir ki, biz bu işə başımızı soxmasaq, yaxşı olar, biz Amerikanın tərəfində olsaq, ruslar bizi yeyəcəklər. Rusların tərəfində olsaq, Amerika yeyəcək…”
Stilist sonda həmvətənlərinə tövsiyə edib:
“Ən yaxşısı, yaşayırıq da… Heç kimin fikrini eləmək lazım deyil…”