Azərbaycanlı model Validə Abbasova yeni fotoları ilə göz qamaşdırıb.
Oxu.Az-ın məlumatına görə, Vətəndən kənarda bir bəy ilə istirahət edən gözəl qadın yeni cazibədar fotolarını İnstaqram səhifəsində paylaşıb. Hər zaman açıq-saçıq geyimlərə üstünlük verən “Miss millenium” bu geyimi ilə də diqqət çəkib.
Uzun müddətdir İsveçdə gənc bəy ilə istirahət edən model tez-tez yeni fotoları ilə izləyicilərini sevindirir. Model istirahət etdiyi bəy ilə İsveçin öndə gedən məkanlarından olan “Java club”da görüntülənib.
V. Abbasovanın yeni fotolarını sizə təqdim edirik.