Xəbər verdiyimiz kimi Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transseksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavid eynicinsli sevgilisi ilə nişanlanıb.
Oxu.Az mövzu ilə əlaqədar ölkənin tanınmış stilisti Samiraldonun da fikirlərini öyrəndi:
“Hər kəs öz yerini, hansı ölkədə yaşadığını unutmamalıdır. Həmcinslərin ailə qurması azərbaycanlılara və Azərbaycanın qanunlarına qarşı hörmətsizlikdir. Onlar ən azından bunu başqa ölkədə edə bilərdilər. Hansı ki, həmin ölkələrdə bu cür nikahlara icazə verilir”.
Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır.
Aytən Sadıqzadə
www.oxu.az