“Eurovision 2016”da San-Marinonu təmsil edəcək ilk türk müğənni Serhat Hacıpaşalıoğlunun maraqla gözlənilən mahnısı Parisdə təşkil edilən mətbuat konfransında məlum olub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, “I Did not Know” adlı mahnı ilə çıxış edəcək müğənni “bu il San-Marinonuu və eyni zamanda, yarışmağa rəsmi olaraq qatılmasa da ölkəm Türkiyəni təmsil etməyin ikiqat həyəcanını və qürurunu yaşayıram” deyib.
İfaçının ingilis dilində söyləyəcəyi mahnının bəstəkarı Olcayto Ahmet Tuğsuz mətbuat konfransında Serhat ilə birlikdə daha əvvəl əldə etdikləri beynəlxalq uğurları bir addım daha irəli aparmağı hədəflədiklərini söyləyib.