Hollivud ulduzu Şarliz Teron açıqlamaları ilə təəccübləndirib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, anasının uşaqlıqda atasını öldürdüyünü deyən aktrisa əvvəllər həqiqəti gizlətdiyini və onu avtomobil qəzasında itirdiyini dediyini söyləyib.
“Düşünürəm ki, ən çox mənə o təsir edirdi ki, əyyaşla yaşayırsan, oyanırsan və bilmirsən ki, bu gün səni nə gözləyir. Hər şey içkinin miqdarından və atanın həmin günkü əhvalından asılıdır”, - deyə aktrisa vurğulayıb.
Teron dəstək üçün öz anasına təşəkkür edib: “Anam çətinliklə mübarizə aparmaq üçün əlindən gələni əsirgəmirdi və seçim etməyi təklif edirdi, ya tam boğulmaq, ya da üzmək”.
A.S.
www.oxu.az