Holivud ulduzu Scarlett Johansson jurnalist həyat yoldaşı ilə birlikdə gizli şəkildə İstanbulda tətil edərkən görüntülənib.
Oxu.Az xarici mediya istinadla xəbər verir ki, kino ulduzu ötən il gizlincə ailə qurduğu 1 yaşındakı qızı Rose Dorothy-nin atası jurnalist Romain Dauriac ilə İstanbula gəlib. Şəhərdəki kafelərdən birinə daxil olan Johansson və Dauriac birlikdə şərab içiblər. Scarlett Johansson onu tanıyaraq yanına gələn pərəstişkarlarının foto çəkdirmə istəklərini nəzakətlə rədd edib.
Aktrisa “Siz Scarlett Johansson deyilsinizmi?” deyə soruşanlara gah “bəli", gah da “xeyr” cavabını verib. Daha sonra yaylıq ilə üzünə gizlədən Johansson satıcıya pulunu ödəmədən sürətlə məkandan uzaqlaşıb.
Cütlük Ortaköy Meydanında taksiyə minərək qaçmaq istəyib.
Şəkillərini çəkən müxbirlərə söyüş söyən Romain Dauriac taksiyə mindikdən sonra obyektivlərə orta barmağını göstərib.
Aytən Sadıqzadə
www.oxu.az